Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış qadın xilas edilib

Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış qadın xilas edilib
# 22 yanvar 2014 19:05 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, 1938-ci il təvəllüdlü Seyidova Rəna Mircəfər qızı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə pilləkən vasitəsilə qalxaraq eyvandan içəri daxil olmuş və giriş qapısını açaraq zərərçəkmişin xilas olunmasını təmin edib. Əməliyyat saat 19:20-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR