Bakıda yük maşını qəzaya səbəb olub, ölən var

Bakıda yük maşını qəzaya səbəb olub, ölən var
# 16 dekabr 2013 07:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 14-də Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini İbrahim Allahverdiyev idarə etdiyi «Ford-Tranzit» markalı avtomobili yol kənarında dayanan, Məmmədəli Cəfərovun idarə etdiyi «Daewoo» markalı avtobusa və Şirvan Məmmədova məxsus «Oka» markalı avtomobilə vurub. Nəticədə M.Cəfərov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR