AMEA Əlyazmalar İnstitutunda Türkiyə Dövlət Arxivlərinin baş müdir köməkçisi Mustafa Budak ilə işgüzar görüş keçiriləcək

AMEA Əlyazmalar İnstitutunda Türkiyə Dövlət Arxivlərinin baş müdir köməkçisi Mustafa Budak ilə işgüzar görüş keçiriləcək
# 21 noyabr 2013 16:34 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. AMEA Əlyazmalar İnstitutu və Yunus Əmrə Türk Kültür Mərkəzinin birgə təşkilatçılığı ilə noyabrın 28-də Türkiyə Cümhuriyyəti Başbakanlığı nəzdindəki Dövlət Arxivlərinin baş müdir köməkçisi Mustafa Budak ilə Əlyazmalar İnstitutunda işgüzar görüş keçiriləcək.

İnstitutun direktor əvəzi Paşa Əlioğlunun APA-ya verdiyi məlumata görə, görüşdə Türkiyə Cümhuriyyəti Dövlət Arxivləri ilə Əlyazmalar İnstitutu arasında qarşılıqlı anlaşma əldə olunacaq: “Bu görüş Əlyazmalar İnstitutu üçün çox vacib idi və bundan sonra hər iki tərəfə məxsus sənədlərin birgə istifadəsi mümkün olacaq. Məsələn, Türkiyə arxivlərində orta əsrlər və 1918-ci il hadisələri ilə bağlı çox qiymətli materiallar var ki, biz o sənədlərdən istifadə edə biləcəyik. Bu materiallar əsasında bir sıra tədqiqat işləri çap olunsa da, sistemli şəkildə öyrənmək mümkün olmayıb”.

Paşa Əlioğlu əlavə edib ki, Mustafa Budak həmçinin son illərdə gördükləri işlərə dair çıxış edəcək, təcrübəsini institutun əməkdaşları ilə bölüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR