Pele: “Qızıl top” Messi və ya Ronaldoya verilməlidir”

Pele:  “Qızıl top” Messi və ya Ronaldoya verilməlidir”
# 05 noyabr 2013 07:03 (UTC +04:00)

Bakı – APA. “Yaxşı futbolçular çoxdur. Ancaq “Qızıl top” Lionel Messi və ya Kriştianu Ronaldoya verilməlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri dünya futbolunun canlı əfsanəsi Pele deyib.

Hazırda “Qızıl top” mükafatına 3 real namizəd var - Lionel Messi, Kriştianu Ronaldo və Frank Riberi.

Lakin argentinalı ilə portuqaliyalı ulduzları daha şanslı sayan “Futbol kral”ı həmyerlisi Neymarın hələ onların səviyyəsində olmadığını söyləyib: “Düşünürəm ki, Neymar dünyada ən yaxşı oyunçu ola bilər. Lakin elə futbolçular var ki, onu 4-5 il qabaqlayır, Messi onlardan biridir. Neymarın “Barselona”nın simvoluna çevrilib-çevrilməyəcəyini bilmirəm. O, dünyanın ən perspektivli hücumçularından biridir. Baxmayaraq ki, onda Messi və Ronaldonun təcrübəsi yoxdur”.

Qeyd edək ki, son 4 ildə Lionel Messi dünyanın ən yaxşısı adına layiq görülüb. Mükafatın sahibi yığmaların baş məşqçilərinin və kapitanlarının, habelə jurnalistlərin səslərinin nəticələrinə əsasən müəyyənləşəcək.

Qalibin adı gələn il yanvarın 13-də bəlli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR