İran xarici işlər nazirini müavini: “Cenevrə müzakirələrində “altılıq” ölkələri arasında fikir ayrılığı son nəticənin əldə edilməsinə mane oldu”

İran xarici işlər nazirini müavini: “Cenevrə müzakirələrində “altılıq” ölkələri arasında fikir ayrılığı son nəticənin əldə edilməsinə mane oldu”
# 11 noyabr 2013 09:47 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ““Altılıq” ölkələri arasında fikir ayrılıqları Cenevrə müzakirələrində son nəticənin əldə edilməsinə mane oldu”.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı deyib.

Onun sözlərinə görə, Cenevrə müzakirələrində önəmli uğurlar əldə olunub və bu inkişafların sayəsində xeyli mövzu həllini tapıb: “Hətta müzakirələrdə son addımadək irəliləyiş imkanı da yaranmışdı. Lakin bəzi mövcud problemlər və “altılıq” ölkələri arasındakı fikir ayrılıqları səbəbindən danışıqların başqa vaxtda keçirilməsi qərara alındı. Biz hesab edirik ki, razılıq əldə etmək üçün daha bir fürsət lazımdır”.

A. Əraqçı deyib ki, İranın irəli sürdüyü “addım-addım” planı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən müsbət qarşılanıb: “Hər iki tərəf əməkdaşlığın davam etdirilməsi üçün çərçivə müəyyənləşdirmək üçün qərar qəbul edib. Agentliyin icraçı direktoru Yukiya Amanonun İran səfərində həmin çərçivə müəyyənləşdirilməklə tərəflər arasında əməkdaşlığın yeni dövrü başlayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR