Rusiyalı hərbçi Krımda Ukrayna ordusunun zabitini qətlə yetirib

Rusiyalı hərbçi Krımda Ukrayna ordusunun zabitini qətlə yetirib
# 07 aprel 2014 12:50 (UTC +04:00)

APA-nın “BBC Ukraina”ya istinadən verdiyi məlumata görə, hadisə Novofyodorovka yaşayış məntəqəsində gecə saatlarında baş verib.

Ukrayna ordusunun mayoru, 1981-ci il təvəllüdlü Stanislav Karaçevski ilə rusiyalı hərbçilər arasında münaqişə yaranıb. Ukraynalı zabit dostu ilə birgə rusiyalı hərbçilərdən qaçmağa cəhd göstərsə də, buna nail ola bilməyib. Ukrayna Hərbi-Hava Qüvvələrindəki mənbə bildirib ki, rusiyalılar qətl faktını gizlətmək üçün mayor Karaçevskinin meyitini özləri ilə aparıblar.

Rusiya tərəfi isə hadisə zamanı rusiyalı hərbçilərin silahdan müdafiə məqsədilə istifadə etdiklərini iddia edib. Artıq faktla bağlı cinayət işinin açıldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR