Azərbaycanda xərçəng əleyhinə Dövlət Proqramı hazırlanır

Azərbaycanda xərçəng əleyhinə Dövlət Proqramı hazırlanır
# 29 noyabr 2013 08:10 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində xərçəng əleyhinə dövlət proqramı var və hazırda Azərbaycanda da belə bir proqram hazırlanır. Bu proqramın hazırlanmasının elə də asan məsələ olmadığını deyən Ə.Əmiraslanov qeyd edib ki, bu, təkcə həkimlərdən, Səhiyyə Nazirliyindən asılı olan məsələ deyil: “Kompleks proqram olmalıdır və burada təkcə diaqnostika, müalicə yox, profilaktik tədbirlər görülməli, ətraf mühitin qorunması, siqaretə qarşı mübarizə, qida faktorları, hansı qidaların bədxassəli şişlərin əmələ gəlməsində rolu, düzgün qidalanma, necə həyat tərzinin gələcəkdə onkoloji xəstələrin sayının azalmasına səbəb olması kimi məsələlər öz əksini tapmalıdır. Bu geniş bir proqramdır və hazırda üzərində iş gedir. Yəqin ki, proqram qəbul olunacaq, amma onun nə zaman qəbul olunacağını indidən demək çətindir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR