İran XİN: İran-Azərbaycan Hökumətlərarası Komissiyasının toplantısı hər iki tərəfin əlaqələrin inkişafında maraqlı olduğunu göstərir

İran XİN: İran-Azərbaycan Hökumətlərarası Komissiyasının toplantısı hər iki tərəfin əlaqələrin inkişafında maraqlı olduğunu göstərir
# 17 dekabr 2013 14:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm dekabrın 16-17-də Bakıda keçirilən İran-Azərbaycan Hökumətlərarası Komissiyasının toplantısına münasibət bildirib.

APA-nın “Səhər” telekanalına istinadən verdiyi məlumata görə, M.Əfxəm deyib ki, bu cür iclaslar İran və Azərbaycan arasında davamlı şəkildə keçirilir: “İran nümayəndə heyəti iki ölkə arasındakı təhlükəsizlik, sərhəd təhlükəsizliyi, ikitərəfli münasibətlər, informasiyalar, əməkdaşlıqların gedişi və digər məsələlər barədə Azərbaycan tərəfi ilə danışıqlar aparmaq üçün Bakıda səfərdədir. Biz yalnız toplantı başa çatdıqdan sonra onun nəticələri ilə bağlı məlumatları tam şəkildə yayımlayacağıq. Bu danışıqlar iki ölkənin gündən-günə artmaqda olan münasibətlərdə maraqlı olduqlarını və anlaşmaların baş tutduğunu göstərir. İran həmişə Azərbaycanla qədim tarixi, dini və mədəni bağlara malik olduğunu bəyan edib. Bu ortaqlıqlar iki ölkə arasında əməkdaşlığı daha da inkişaf etdirir və genişləndirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR