Gürcüstanda sökülmüş minarə bərpa edilib

Gürcüstanda sökülmüş minarə bərpa edilib
# 28 noyabr 2013 13:38 (UTC +04:00)

APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən yaydığı məlumata görə, yerli bələdiyyə minarənin əvvəlki yerinə qoyulmasına icazə verib.

Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərlərindən biri, Acarıstanda yaşayan gürcü müsəlmanlarının müftisi Camal Paksadze məsələnin həll ilə əlaqədar yerli hakimiyyətə təşəkkür edib

Qeyd edək ki, Çela kəndində həm xristianlar, həm də müsəlmanlar yaşayır. Kənddə minarə 2013-cü ilin yayında qurulub. Lakin avqustun sonlarında 24 metrlik minarə sökülərək kənddən çıxarılıb. Bu isə yerli müsəlmanların narazılığına səbəb olub. Sökülməyə etiraz edən sakinlərdən bir neçə saxlanılıb. Yerli hakimiyyət minarənin bərpa olunacağını vəd etsə də, pravoslavların etirazından sonra bu vədini yerinə yetirməyib. Yerli pravoslavları Gürcüstan Patriarxlığı da dəstəkləyib, baş nazir Bidzina İvanişvili də minarənin qanunsuz olduğunu bildirib. Gürcüstanda yaşayan azərbaycanlıların 10-a qədər dini və ictimai təşkilatı, eyni zamanda yüzə qədər vətəndaş B. İvanişviliyə müraciət ünvanlayaraq minarənin bərpa olunmasını xahiş ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR