AMEA doktoranturaya sənəd qəbulu və imtahanların vaxtını açıqlayıb

AMEA doktoranturaya sənəd qəbulu və imtahanların vaxtını açıqlayıb
# 20 noyabr 2013 15:49 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə AMEA-nın akademik katibi, müxbir üzv Rasim Əliquliyev Rəyasət Heyətinin növbəti iclasında məlumat verib.

O bildirib ki, noyabr ayının 25-dək doktoranturaya qəbul haqqında elan dərc olunacaq, dekabr ayı­nın 20-dək sənədlərin qəbulu aparılacaq. Dekabr ayının 25-dən isə qəbul imtahanları başlayacaq: “Akademiyada doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 205 yer ayrılmışdır. Onlardan 126-sı əyani, 79-u qiyabidir. Elmlər doktoru hazırlığı üzrə isə 72 qiyabi yer nəzərdə tutulur. Büdcə hesabına dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 231 və elmlər doktoru hazırlığı üzrə 115 yer müəyyən olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR