Fransanın daxili işlər nazirinin baş nazir vəzifəsinə keçəcəyi gözlənilir

Fransanın daxili işlər nazirinin baş nazir vəzifəsinə keçəcəyi gözlənilir
# 31 mart 2014 18:17 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə BFMTV telekanalı hökumətdəki etibarlı mənbəyə istinadən xəbər verir.

Ollandın yeni təyinat ilə bağlı bu gün açıqlama verəcəyi gözlənilir. Hakim Sosialist partiyasının bələdiyyə seçkilərindəki məğlubiyyətindən sonra Fransua Olland baş nazir Jan-Mark Eyronu istefaya göndərib.

Xatırladaq ki, Fransada keçirilmiş bələdiyyə seçkilərində sosialistlər cəmi 42% səs toplayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR