Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələdə vətəndaşların qəbulunu keçirəcək

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələdə vətəndaşların qəbulunu keçirəcək
# 25 aprel 2014 10:04 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, qəbulda Qəbələ, Zaqatala, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Baş vermiş zəlzələ ilə bağlı vətəndaşların qəbulu Qəbələ rayon Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, 28 may küçəsi, 40), digər məsələlərlə bağlı isə Fövqəladə Hallar Nazirliyinin Simal-qərb Regional Mərkəzinin inzibati binasında (ünvan: Qəbələ şəhəri, Elçin Kərimov küçəsi, 46) keçiriləcək.

Vətəndaşların qeydiyyatı müvafiq olaraq Qəbələ rayon Mədəniyyət Mərkəzində və Şimal-qərb Regional Mərkəzinin inzibati binasında 27 aprel 2014-cü il tarixində saat 09:00-dan başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR