Prezident İlham Əliyev Əlcəzair prezidenti Əbdüləziz Buteflikanı təbrik edib

Prezident İlham Əliyev Əlcəzair prezidenti Əbdüləziz Buteflikanı təbrik edib
# 31 oktyabr 2013 20:03 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Əlcəzair prezidenti Əbdüləziz Buteflikaya ölkəsinin milli bayramı – İnqilab günü münasibətilə təbrik edib.

“İnanıram ki, Azərbaycan-Əlcəzair dostluğu və əməkdaşlığının inkişafı yolunda addımlarımız bundan sonra da xalqlarımızın rifahına xidmət edəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına sülh və tərəqqi arzulayıram”, deyə təbrik məktubunda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR