Asiya İnkişaf Bankı Azərbaycanla yol-nəqliyyat sahəsi üzrə əməkdaşlığı genişləndirir

Asiya İnkişaf Bankı Azərbaycanla yol-nəqliyyat sahəsi üzrə əməkdaşlığı genişləndirir
# 09 iyun 2014 15:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Nəqliyyat Nazirliyində Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı nazir Ziya Məmmədov bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında, eləcə də Dəmir yolunun inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində görülən işlər, yeni vaqonların və lokomotivlərin alınması, beynəlxalq standartlara uyğun yeni yolların çəkilməsi, mövcud yolların yenidən qurulması, həmçinin sərnişin və yük daşınmaları sahəsində görülən işlərdən danışıb və Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin artıq yekunlaşdırılmaq üzrə olması barədə ətraflı məlumat verib.

V. Janq təmsil etdiyi bankla ölkəmiz arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu vurğulayıb.

Tərəflər bu mövzuda qarşılıqlı fikir mübadiləsi aparıblar, AİB ilə yol-nəqliyyat kompleksinin bütün sahələri üzrə əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyi barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR