DSMF sədri Səlim Müslümov Tovuzda vətəndaşlarla görüşəcək

DSMF sədri Səlim Müslümov Tovuzda vətəndaşlarla görüşəcək
# 19 sentyabr 2013 09:47 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Şəmkir, Gədəbəy, Qazax, Ağstafa və Tovuz rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

DSMF-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların qəbulu sentyabrın 26-da saat 10:00-da Fondun Tovuz rayon şöbəsinin inzibati binasında baş tutacaq.

Qeyd edək ki, qəbulda iştirak edəcək vətəndaşların sentyabrın 26-da Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Tovuz rayon şöbəsinə aparılıb gətirilməsi təmin olunacaq.

Vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34,

Şəmkir rayon şöbəsində (022) 305 - 30 - 33,

Gədəbəy rayon şöbəsində (022) 326 -00- 93,

Qazax rayon şöbəsində (022) 295 - 27- 96,

Ağstafa rayon şöbəsində (022) 225 - 26- 12,

Tovuz rayon şöbəsində (022) 315-00-40.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR