Azərbaycanın İsveçrədəki səfiri bu ölkə Milli Şurasının sədri ilə görüşüb - FOTO

Azərbaycanın İsveçrədəki səfiri bu ölkə Milli Şurasının sədri ilə görüşüb  - <span style="color: red;">FOTO
# 07 fevral 2014 07:08 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı bu ölkə federal parlamentinin aşağı palatası sayılan Milli Şuranın sədri Ruedi Lustenberqer ilə görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, R. Lustenberqeri Milli Şuranın sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edən səfir, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ə. Zeynallı iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərin roluna diqqət yönəldərək bu çərçivədə hər iki ölkə parlamentində təsis edilmiş dostluq qruplarının fəaliyyətini qeyd edib. O, bu ilin mart ayında dostluq qrupunun Azərbaycandan olan üzvlərinin İsveçrəyə səfər edəcəyi barədə R. Lustenberqeri məlumatlandırıb. Parlament sədrlərinin qarşılıqlı səfərlərini müsbət tendensiya kimi xarakterizə edən diplomat, bu ənənənin gələcəkdə də davam etdirilməsinin arzu edilən olduğunu bildirib.

Ölkəsinin Azərbaycanı dost və tərəfdaş ölkə hesab etdiyini söyləyən R. Lustenberqer, iki ölkə arasında əlaqələrin belə yüksək templə inkişafından məmnuniyyət ifadə edib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində hazırkı vəziyyət və İsveçrənin ATƏT-ə sədrliyi dövründə bu istiqamətdə ata biləcəyi addımlar ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR