Azərbaycan paytaxtında 3 körpüyə partlayıcı qurğu qoyulması barədə məlumat yayılıb

Azərbaycan paytaxtında 3 körpüyə partlayıcı qurğu qoyulması barədə məlumat yayılıb
# 31 may 2013 06:41 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daxili İşlər Nazirliyindən daxil olmuş məlumatda Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonundakı 3 körpüyə partlayıcı qurğu qoyulduğu bildirilib.

FHN-in müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilib.

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçiriblər.

Nəticədə qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib.

Əməliyyat mayın 31-i saat 06:52-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR