Dağıstanda 5 silahlı öldürülüb

Dağıstanda 5 silahlı öldürülüb
# 25 mart 2014 21:04 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “İTAR-TASS”a Rusiya Milli Antiterror Komitədən bildiriblər.

Xüsusi əməliyyat zamanı Rusiya DİN-in bir əməkdaşı həlak olub, daha bir nəfər isə yaralanıb.

Məlumata əsasən, Federal Təhlükəsizlik Xidməti və DİN-in xüsusi təyinatlı dəstələri Xasavyurt rayonunun Pervomayski kəndindəki fərdi evlərdən birini mühasirəyə alıblar. Evdə olan qanunsuz dəstə üzvlərinə təslim olmaq təklif olunub, lakin silahlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını avtomat silahdan atəşə tutublar.

Xüsusi əməliyyat zamanı evdə olan 5 silahlı zərərsizləşdirilib. Onların şəxsiyyəti artıq müəyyənləşdirilib. Öldürülən silahlılar arasında “Xasavyurt bandası”nın başçısı hesab edilən Azərbaycan vətəndaşı, 1988-ci il təvəllüdlü Tural Atayevin da olduğu bildirilir. Rusiya Milli Antiterror Komitənin (MAK) məlumatında Tural Atayevin ötən il Pyatiqorsk şəhərində törədilən terror aktının təşkilatçısı olduğu bildirilir.

Hadisə yerində çoxlu sayda silah və sursat aşkarlanıb. Mülki əhali arasında xəsarət alanların olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR