Fiziki qüsurlu gənclər lazım gələrsə, vətən uğrunda canlarından keçməyə hazır olduqlarını bildiriblər

Fiziki qüsurlu gənclər lazım gələrsə, vətən uğrunda canlarından keçməyə hazır olduqlarını bildiriblər
# 15 may 2014 12:20 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda sağlamlıq imkanları məhdud olan gənclərin bir günlük rəmzi hərbi xidmətə cəlb olunması ilə bağlı Müdafiə Nazirliyinin həyata keçirdiyi tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Peşə Reabilitasiyası Mərkəzi tərəfindən yüksək qiymətləndirilib.

APA-nın məlumatına görə, mərkəzin direktoru Rəhilə Həsrətova bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənova məktub yazıb. Məktubda qeyd olunub ki, əlil gənclər üçün təşkil edilmiş bir günlük simvolik hərbi xidmət tədbiri gözləniləndən möhtəşəm və təntənəli keçib: “Əlil gənclərin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ərazisindəki Azərbaycan Hərb Tarixi Muzeyinə baş çəkməsi, məxsusi olaraq əlillər üçün konsert proqramının təşkili və s. tədbirlər əvəzolunmaz duyğular yaşadıb. Bu hadisə əlil gənclərdə vətənpərvərlik duyğularının möhkəmlənməsi ilə yanaşı, onların tibbi-sosial reabilitasiyasında böyük rol oynayan ruh yüksəkliyinin yaranmasına səbəb oldu. Fiziki qüsurlu olduqlarına baxmayaraq, onlar lazım gələrsə, vətən uğrunda canlarından keçməyə hazır olduqlarını bildirdilər”.

Qeyd edək ki, aprelin 30-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş, Sağlamlıq İmkanları Məhdud Peşə Reabilitasiyası Mərkəzində reabilitasiya keçən 29 əlil gənc bir günlük simvolik hərbi xidmət keçib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR