"Qarabağ təbliğat turu" çərçivəsində Türkiyədə keçirilən görüşlər yekunlaşıb

"Qarabağ təbliğat turu" çərçivəsində Türkiyədə keçirilən görüşlər yekunlaşıb
# 02 oktyabr 2013 22:43 (UTC +04:00)

İğdır. Etibar Məmmədov – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü, Azad Qarabağ Uğrunda Alyansın iştirakı ilə “Qarabağ təbliğat turu” çərçivəsində Türkiyənin İğdır şəhərində Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılması məqsədilə bir sıra görüşlər keçirilib.

APA-nın İğdıra ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Alyans üzvləri XX əsrin əvvəlində ermənilər tərəfindən qətlə yetirilmiş insanların uyduğu Türk məzarlığını ziyarət etdikdən sonra Mələkli qəsəbəsi bələdiyyə başqanı Eminə Çanakkaya ilə görüşüb. Görüşdə Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.

Sonra Alyans üzvləri Türkiyə QHT-ləri və vətəndaşları ilə birlikdə konfrans keçirib. Tədbirdə çıxış edən Türkiyə Azərbaycan Dərnəkləri Federasionunun, Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin başqanı Göksəl Gülbəy, QAT sədri Akif Nağı və alyans üzvləri Qarabağı yalnız müharibə yolu ilə azad edilə biləcəyini, habelə Türkiyənin Azərbaycana dəstəyininin vacibliyini vurğulayıb.

Sentyabrın 20-dən başlayan səfər sentyabrın 30-da İğdırda başa çatıb.

Xatırladaq ki, “Qarabağ Təbliğat Turu” QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Milli QHT forumunun və "Millenium" şirkətinin texniki dəstəyi, Qarabağ Azadlıq Təşkilatının Türkiyə təmsilçiliyinin, Türkiyə Azərbaycan Dərnəkləri Federasionunun, əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin, Azad Qarabağ Uğrunda Alyansının, tanınmış ictimai xadim Xanım Xəlilovanın, həmçinin digər qurum və şəxslərin təşkilatçılığı ilə həyata keçirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR