FHN xilasediciləri Sumqayıt və Abşeronda yolların buzlu olması səbəbindən həkimləri çağırış ünvanına çatdırıblar

FHN xilasediciləri Sumqayıt və Abşeronda yolların buzlu olması səbəbindən həkimləri çağırış ünvanına çatdırıblar
# 02 fevral 2014 00:57 (UTC +04:00)

Bakı-APA. Bu gecə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri Sumqayıt və Abşeronda yolların buzlu olması səbəbindən həkimləri çağırış ünvanına çatdırıblar. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhəri, H.Z Tağıyev qəsəbəsində yaşayan 2009-cu il təvəllüdlü Qasımov Aslan Umud oğlunun və Abşeron rayonunda yaşayan 1982-ci il təvəllüdlü Mütəllimova Elnurə Arif qızının hərarətinin yüksək olması ilə əlaqədar Təcili Tibbi Yardima ehtiyac yaranıb. Hava şəraiti ilə əlaqədar yollarin buzlu və qarlı olmasıni nəzərə alaraq Təcili Tibbi Yardim stansiyasının həkimlərini Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış olan ünvana çatdırıblar. Həkimlər xəstələrə tibbi yardım göstəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR