Dow Jones indeksi 2,2%, S&P 500 2,2%, Nasdaq 2,3% yüksəlib

 Dow Jones indeksi 2,2%, S&P 500 2,2%, Nasdaq 2,3% yüksəlib
# 11 oktyabr 2013 06:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 10-da Amerika fond bazarında Dow Jones indeksi 2,2% - 15 126 bəndədək, S&P 500 2,2% - 1 693 bəndədək, Nasdaq 2,3% - 3 761 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsi prezident administrasiyasının Konqresin aşağı palatasının respublikaçıların fraksiyası ilə danışıqların fonunda baş verib. Məlum olub ki, dövlət borcun yuxarı həddinin artırılması barədə bu danışıqlarda müəyyən irəliləyiş yaranıb.

Avropa fond bazarlarında oktyabrın 10-da FTSE 100 indeksi 1,5% - 6 431 bəndədək, Almaniya DAX-ı 2,0% - 8 686 bəndədək, Fransa CAC-40-ı isə 2,2% - 4 218 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,9% azalaraq 1 292,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3537 dollar (+0,2%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR