ATƏT PA prezidenti: “ATƏT PA-nın sessiyasının Azərbaycanda keçirilməsini mən təkid etmişdim”

ATƏT PA prezidenti: “ATƏT PA-nın sessiyasının Azərbaycanda keçirilməsini mən təkid etmişdim”
# 28 iyun 2014 10:22 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Mən yüksək səviyyədə təşkil olunacağını bildiyim üçün ATƏT Parlament Assambleyasının sessiyasının Azərbaycanda keçirilməsində təkid etmişdim”.

APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç deyib.

Azərbaycanın ATƏT PA-nın sessiyasına bu cür yüksək səviyyədə ev sahibliyi etməsini ölkənin uğuru və inkişafının göstəricisi kimi dəyərləndirən R. Krivokapiç bildirib ki, Azərbaycan yüksək təşkilatçılıq və qonaqpərvərlik nümayiş etdirir.

O, ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin də çox aktiv olduğunu qeyd edib.

R. Krivokapiç ATƏT PA-nın Bakıda sessiyasının səmərəli keçəcəyinə, düzgün qərarlar qəbul ediləcəyinə inandığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR