Hesablama Palatasına ibtidai istintaq aparmaq səlahiyyəti verilməsi təklif edilib

Hesablama Palatasına ibtidai istintaq aparmaq səlahiyyəti verilməsi təklif edilib
# 18 aprel 2014 10:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisində Hesablama Palatasına əlavə səlahiyyətlərin verilməsi təklif olunub. APA-nın məlumatına görə, bu təkliflə iqtisadçı deputat Vahid Əhmədov çıxış edib.

V. Əhmədov Hesablama Palatasının aşkar etdiyi qanuna zidd əməlləri törədənlərin cəzalandırılmasının vacibliyini bildirib. O qeyd edib ki, palata 2013-cü ildə Təhsil Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Mədəniyyət və Turizm Nazirliyi sistemində müəyyən qanun pozuntuları aşkarlayıb. V. Əhmədov Hesablama Palatasına aşkar olunan korrupsiya faktları ilə bağlı ibtidai istintaq aparılması üçün səlahiyyət verilməsini tələb edib və bunun qurumun fəaliyyəti üçün məhsuldar olacağını söyləyib.

Eyni təkliflə deputat Zahid Oruc da çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR