Riqada ticarət mərkəzinin uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb

Riqada ticarət mərkəzinin uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb
# 22 noyabr 2013 04:32 (UTC +04:00)

Bakı-APA. Riqada ticarət mərkəzinin uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb, onlardan 3-nün xilasedici olduğu bildirilir.

Xilasedicilər dəstəsinin manqa komandiri Vilnis Şteynitis binadan xəsarət almış şəxsi çıxarmağa çalışarkən obyektdə təkrar uçqun baş verib və o dağıntılar altında qalıb.

Xəsarət alanlar arasında azyaşlı uşağın olduğu bildirilir.

Xilasedicilər dağıntılar altından 36 nəfəri xilas edə bilib. Xilasetmə əməliyyatı davam etdirilir.

Dağıntılar altında qalan insanların dəqiq sayı məlum deyil. Riqanın meri Nil Uşakov 70-dək insanın dağıntılar altında qaldığını ehtimal edib.

Xilasetmə əməliyyatına ordu birləşmələri də cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR