Türkiyəli nazir: “Türkmənləri yalnız qoymağımız mümkün deyil”

Türkiyəli nazir: “Türkmənləri yalnız qoymağımız mümkün deyil”
# 28 iyun 2014 14:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Hazırda İraqda 80 vətəndaşımız İraq İslam Şam Dövləti tərəfindən əsir götürülüb. Diqqətlə davranırıq ki, bu insanların həyatı üçün təhlükə yaranmasın”.


APA-nın məlumatına görə, bunu Bakıda ATƏT Parlament Assambleyasının sessiyasında qonaq qismində iştirak edən Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında söyləyib.


M.Çavuşoğlu kövrək durumun olduğu İraqda silahların yenidən işə düşdüyünü bildirib. Onun sözlərinə, Liviya və Suriyada da eyni vəziyyətdir: “İraqda yaranmış vəziyyət türkmən qardaşlarımızı da narahat edir, təhlükə yaradır. Türkiyə hökuməti olaraq bu məsələ ilə bağlı həssaslıqla fəaliyyət göstəririk. Bütün rəsmilərlə də görüşürük ki, türkmənlərin həyatı üçün təhlükə olmasın. Türkiyənin sərhədləri türkmənlər üçün də açıqdır. Türkmənlərin yetkililəri Türkiyəyə də gəldilər, onlarla danışıqlarımız davam edir. Türkmənləri yalnız qoymağımız mümkün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR