“Bank of Baku”dan müştərilər üçün yeni güzəştli kredit kampaniyasına başlayır

“Bank of Baku”dan müştərilər üçün yeni güzəştli kredit kampaniyasına başlayır
# 06 iyun 2014 08:40 (UTC +04:00)

Bakı. APA-Economics. “Bank of Baku” özünün daimi kredit müştəriləri olan “Dostlar klubu”nun üzvləri (bankla ən azı 12 ay əməkdaşlıq edən və müsbət tarixçəyə malik olan “Dostlar klubu” kartının sahibləri) üçün “Dostlara böyük endirim” nağd kredit kampaniyası elan edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kampaniyanın əsas üstünlüyü müştəriyə iki kredit güzəştindən birini seçmək imkanının verilməsindən ibarətdir. Nağd kredit rəsmiləşdirildikdə illik faiz dərəcəsində 5% endirim, nağd kredit rəsmiləşdirildikdə komissiyada 50% endirim təklif olunur.

Komissiya haqqında endirim seçimi edildikdə, “Dostlar klubu” bonusu endirim məbləği qədər azaldılır.

Banka iş yerindən arayış (maaş kartı hesabından rəsmi çıxarış və ya gəlirlərini təsdiq edən digər sənədlər) və şəxsiyyət vəsiqəsi ilə müraciət edən “Dostlar klubu”nun üzvləri bu endirimin birindən faydalana bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR