Filippində 5,5 bal gücündə zəlzələ baş verib

Filippində 5,5 bal gücündə zəlzələ baş verib
# 22 aprel 2014 02:34 (UTC +04:00)

Bakı-APA. Filippin adalarında 5,5 bal gücündə zəlzələ olub.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələ Сənubi Çin dənizində, Filippinin Luson adasının qərbində, yerli vaxtla saat 04:45-də qeydə alınıb.

Yeraltı təkanların episentri ən yaxın yaşayış məntəqəsindən 51 km aralıda, ocağı 11 km dərinlikdə yerləşib.

Dağıntılar və insan tələfatı haqqında məlumat verilmir. Zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR