Pakistanda terror aktı nəticəsində azı 8 nəfər ölüb

Pakistanda terror aktı nəticəsində azı 8 nəfər ölüb
# 04 fevral 2014 19:07 (UTC +04:00)

Bakı-APA. Pakistanın Peşəvər şəhərində bu gün otelin qarşısında baş vermiş partlayış nəticəsində azı 8 nəfər ölüb, 30-dək insan yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlər arasında qadınlar və uşaqlar da var. Hadisə yerində polis araşdırma aparır. İlkin məlumata görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

Hələlik heç bir təşkilat partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR