Astarada 3 otaqlı evdə yanğın olub

Astarada 3 otaqlı evdə yanğın olub
# 17 sentyabr 2013 17:03 (UTC +04:00)

Bakı-APA. Astarada yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Astara şəhərində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin bir otağı və dam ortüyü 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR