BVF: Azərbaycan Beynəlxalq Bankı sağlamlaşdırılmalıdır

BVF: Azərbaycan Beynəlxalq Bankı sağlamlaşdırılmalıdır
# 15 noyabr 2013 14:07 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu Bakıda səfərdə olan BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi bəyan edib.

R.Almarzoqinin sözlərinə görə, bununla yanaşı ABB-nin kapitallaşma ilə bağlı planı BVF-də ciddi narahatlıq yaradır və bu mənada missiya kapitallaşma ilə paralel Bankda beynəlxalq praktikaya uyğun şəkildə restrukturizasiyanın aparılmasını tövsiyə edir.

Qeyd edək ki, bu ilin oktyabrında ABB-nin səhmdarları Bankın kapitalının yaxın 4 il ərzində 500 mln. manat artırılması barədə qərar qəbul ediblər. R.Almarzoqi bununla bağlı suala anlaşılan cavab verməyib və bildirib ki, söhbət hazırkı kapitallaşma səviyyəsindən gedir. Həmçinin, missiya rəhbəri Bankın resturkturizasiyasının məqsədi və mənası, ABB-dəki hansı qeyri-sağlam biznes modelindən söhbət getdiyi barədə də suala konkret cavab verməyib. R.Almarzoqi yalnız yenidən bəyan edib ki, bankın biznes modeli qeyri-sağlamdır və ABB restrukturizasiya edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR