Xaçmazda 6 yaşlı uşağı maşın vurub - VİDEO

Xaçmazda 6 yaşlı uşağı maşın vurub - <span style="color: red;">VİDEO
# 20 iyun 2014 12:57 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün günorta saatlarında Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Xaçmaz şəhər sakini, 2008-ci il təvəllüdlü Səlimova Səadət Etibar qızını maşın vurub.

Hadisəni törədən “Mercedes” markalı maşının sürücüsü, 1951-ci il təvəllüdlü Həmzə Həmid oğlu Zalıyev xəsarət alan azyaşlını Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta ağırdır.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR