Azərbaycanda hər bir alıcı orta hesabla ayda 85 manatlıq ərzaq malları alıb

Azərbaycanda hər bir alıcı orta hesabla ayda 85 manatlıq ərzaq malları alıb
# 21 sentyabr 2013 15:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən istehlakçılara satılmış ərzaq məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% artaraq 6 343,3 mln. manata çatıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə qeyri-ərzaq mallarının həcmi 21,6% artaraq 5 864,7 mln. manata bərabər olub.

Ticarət dövriyyəsinin ümumi həcmində ərzaq mallarının xüsusi çəkisi üstünlük təşkil etməkdə davam edərək 52,0% olub. Keçən ilin eyni dövrü ilə müqayisədə qeyri-ərzaq mallarının payı 43,7%-dən 48,0%-dək yüksəlib.

Hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrindən orta hesabla ayda 85,2 manatlıq ərzaq, 78,8 manatlıq qeyri-ərzaq malları alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR