Prezident İlham Əliyev Pirallahı Rayon Məhkəməsinin yaradılması haqqında fərman imzalayıb

Prezident İlham Əliyev Pirallahı Rayon Məhkəməsinin yaradılması haqqında fərman imzalayıb
# 04 oktyabr 2013 21:15 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin yaradılması haqqında fərman imzalayıb. APA-nın məlumatına görə, Nazirlər Kabinetinə həmin məhkəmənin fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədi ilə tədbirlər görmək tapşırılıb.


Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR