Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov Cəlilabadda vətəndaşları qəbul edəcək

Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov Cəlilabadda vətəndaşları qəbul edəcək
# 26 noyabr 2013 16:20 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, qəbulda yalnız Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 262) 28 noyabr 2013-cü il tarixində saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR