Oqtay Əsədov TürkPA-nın fəaliyyəti ilə bağlı yeni təkliflər irəli sürüb

Oqtay Əsədov TürkPA-nın fəaliyyəti ilə bağlı yeni təkliflər irəli sürüb
# 12 iyun 2014 13:50 (UTC +04:00)

APA-nın məlumatına görə, TürkPA Şurasının Bakıda keçirilən iclasında çıxış edən O. Əsədov əvvəlcə qeyd edib ki, təşkilat yüksək ixtisaslı tərcüməçilərin hazırlanması ilə məşğul olmalıdır: “Çünki peşəkar tərcüməçilər olmadan türkdilli ölkələr arasında qarşılıqlı informasiya mübadiləsini təmin etmək alınmayacaq”.

MM sədri deyib ki, artıq TürkPA ciddi siyasi çəkiyə malik olan təşkilata çevrilib: “Hesab edirəm ki, parlamentlərarası komissiyanın yenidən təşkil olunması təşkilatın səmərəliliyini daha da artıra bilər”.

O. Əsədov TürkPA-nın ekspert potensialının inkişaf etdirilməsinə diqqət yetirməyi də zəruri sayıb: “Azərbaycanın sədrliyi dövründə assambleyada ekspertlər səviyyəsində görüşlərin keçirilməsini davam etdirəcəyik. Azərbaycan parlamenti TürkPA-nın fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsini diqqət mərkəzinə çəkəcək. Plenar iclas bu məsələnin tədqiqi ilə bağlı katibliyə təlimat verəcək. Ümid edirəm ki, payızın əvvəllərinə qədər katiblik bu məsələyə dair hesabat təqdim edəcək və biz sizinlə birlikdə lazımi addımlar atacağıq”.

O. Əsədov mədəni, humanitar əməkdaşlıqla bağlı da təkliflər səsləndirib: “Mədəni əlaqələr sahəsində görüləcək işlərimiz çoxdur”.

Daha sonra Şuranın iclası mətbuata qapalı davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR