Əfqanıstan prezidenti NATO-nu tənqid edib

Əfqanıstan prezidenti NATO-nu tənqid edib
# 08 oktyabr 2013 06:54 (UTC +04:00)

Bakı – APA. Əfqanıstan prezidenti Həmid Karzai NATO-nu sərt tənqid atəşinə tutub. APA-nın xəbərinə görə, H. Karzai “BBC News”a müsahibəsində bildirib ki, ABŞ və onun müttəfiqlərinin Əfqanıstandakı fəaliyyəti ölkədə ağır iztirablara və insan itkilərinə səbəb olub və hər hansı müsbət nəticəyə gətirib çıxarmayıb, çünki Əfqanıstan hələ də təhlükəsiz deyil.

H. Karzai qeyd edib ki, NATO diqqətini Əfqanıstanın ucqar yaşayış məntəqələrində taliblərlə mübarizəyə sərf edərək yanlışlığa yol verib. Onun fikrincə, bunun əvəzində Talibanın Pakistandakı bazalarına diqqət yetirmək lazım idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR