Çində körpünün uçması nəticəsində 11 nəfər itkin düşüb

Çində körpünün uçması nəticəsində 11 nəfər itkin düşüb
# 13 oktyabr 2013 02:42 (UTC +04:00)

Bakı-APA. Çində Çuntsin meqapolisinin yaxınlığında, Yantsı çayının üzərində tikilən körpünün uçması nəticəsində 11 nəfər itkin düşüb. APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insident oktyabrın 12-də baş verib. Məlumata görə, hadisə üzən qaldırıcı kranın oxunun tikilməkdə olan körpünün dayaqlarına aşması nəticəsində baş verib.

Dayaqların uçması nəticəsində yaranan dalğalar 10 fəhlə və 1 yerli sakini çaya aparıb, daha 2 nəfər isə yüngül xəsarət alıb.

Ərazidə tikinti işləri dayandırılıb. Hadisə yerində 150 xilasedici və 16 gəmi cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR