Moskva Ticarət və Xidmət Departamenti: Sahibkarlara məhsullarını “Pokrov” bazasından çıxarmaq üçün kifayət qədər vaxt veriləcək

Moskva Ticarət və Xidmət Departamenti: Sahibkarlara məhsullarını “Pokrov” bazasından çıxarmaq üçün kifayət qədər vaxt veriləcək
# 17 oktyabr 2013 10:29 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Moskva Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk bildirib.

Onun sözlərinə görə, icarədarlara istədikləri qədər vaxt veriləcək: “Moskva meri Sergey Sobyanin sahibkarlara tam kömək göstərilməsi barədə göstəriş verib. Düşünürəm ki, yaxın bir-iki gün ərzində baza tamamilə boşaldılacaq”.

Qeyd edək ki, Moskvanın Çertanov Rayon Məhkəməsi “Pokrov” meyvə-tərəvəz bazasının 90 gün müddətinə bağlanması haqqında qərar çıxarıb. Məhkəmənin qərarı ilə paytaxtın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasının daxil olduğu “Novıe Çeryomuşki” QSC-nin fəaliyyətinin dayandırılıb. Məhkəmədə iddiaçı qismində “Rospotrebnadzor” iştirak edib. “Rospotrebnadzor”un iddiasına görə, baza sanitar-epidemioloji qaydalara riayət etməyib.

“Pokrov” bazasının bağlanması orada çalışan yüzlərlə azərbaycanlı sahibkara ciddi zərər vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR