Ermənistanın xarici işlər naziri fransalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ermənistanın xarici işlər naziri fransalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
# 14 may 2013 11:31 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Fransada səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu ölkənin xarici işlər naziri Loran Fabiusla görüşüb.

APA-nın “Novosti Armeniya”ya istinadən xəbərinə görə, ikitərəfli əlaqələrin inkişafından razılıq ifadə edən nazirlər iqtisadi, mədəni, elm və təhsil sahələrdə münasibətlərin səviyyəsinin qənaətbəxş olduğunu vurğulayıblar.

İkitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə edən nazirlər Ermənistan-Avropa Birliyi münasibətləri, Ermənistanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi və s. məsələlərə toxunublar.

ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın konstruktiv mövqe tutduğunu deyən E.Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Ermənistanın həmsədrlərlə birgə səy göstərəcəyini vurğulayıb.

Tərəflər regional və beynəlxalq məsələləri də müzakirə ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR