Azərbaycanda 3 yaşlı qız quyuya düşərək ölüb

Azərbaycanda 3 yaşlı qız quyuya düşərək ölüb
# 20 may 2014 15:10 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qəbələ rayonu, Bum qəsəbəsində 2011-ci il təvəllüdlü Gülarə Aqil qızı Şəfiyeva yaşadıqları evin qarşısında qazılmış quyuya düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Şimal-qərb Regional Mərkəzinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həmin quyuya enərək G. Şəfiyevanın cəsədini quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR