Rəsmi Bağdad Azərbaycandan İraq idmanına qoyulan qadağaların götürülməsinə dəstək istəyib

Rəsmi Bağdad Azərbaycandan İraq idmanına qoyulan qadağaların götürülməsinə dəstək istəyib
# 04 dekabr 2013 09:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İraq Azərbaycanda keçirilən beynəlxalq idman yarışları və turnirlərində iştiraka dəvət olunur. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-İraq Hökumətlərarası Komissiyasının iclasında Azərbaycanın idman və gənclər nazirinin müavini İsmayıl İsmayılov bildirib.


Onun sözlərinə görə, 2014-cü ildə Azərbaycanda şahmat üzrə dünya turniri keçiriləcək: «Bundan başqa, 2015-ci ildə Bakıda ilk Avropa Olimpiya Oyunları keçiriləcək. 2017-ci ildə isə İslam Oyunları turniri baş tutacaq».


Nazir müavini bildirib ki, hər il Azərbaycanda 40-a yaxın idman yarışı keçirilir: «Ümidvarıq ki, İraq bu turnirlərdə iştirakını təsdiq edəcək».


İraqın Gənclər və İdman Nazirliyinin nümayəndəsi Muhəmməd Furhan Muhəmməd isə deyib ki, İraq idmanı 2003-cü ildən sonra məlum səbəblərə görə çətin günlərini yaşayır. O bildirib ki, 2008-ci ildən bu yana FİFA İraq futboluna embarqo qoyub. Bununla bağlı ölkədə heç bir idman turniri təşkil olunmur, idmançılarımız bir çox turnirlərə qatıla bilmirlər».

Nazirlik rəsmisi Azərbaycanın İraq idmanına qoyulan qadağaları və sanksiyaların götürülməsinə dəstək verməyə xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR