FHN orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb

FHN orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb
# 26 dekabr 2013 14:21 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanda orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Cəlilabad rayonu, Adnalı kəndində (rayon mərkəzindən 15 kilometr aralı) Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 438 kvadratmetr olan birmərtəbəli orta məktəb binasının 6 sinif otağının yanar konstruksiyaları 278 kv.m sahədə yanıb. Məktəbinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR