Bəşər Əsəd ABŞ-ı hədələyib: "Bütün müdaxilələrə cavab veriləcək"

Bəşər Əsəd ABŞ-ı hədələyib: "Bütün müdaxilələrə cavab veriləcək"
# 01 sentyabr 2013 20:10 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın dövlət katibi Con Kerri Barak Obamanın Suriyaya hərbi müdaxilə edilməsi ilə bağlı Konqresə göndərdiyi layihənin dəstəklənəcəyinə əmin olduğunu bildirib: “Konqresin düzgün qərar verəcəyinə əminəm”.


APA-nın xəbərinə görə, C. Kerri aparılan araşdırmalar nəticəsində Suriyada kimyəvi silahdan istifadə edildiyinin təsdiqləndiyini bildirib: “Qazdan istifadə olunması ilə bağlı əlimizdə sübutlar var”.


Suriya prezidenti Bəşər Əsəd isə dövlət televiziyası ilə çıxış edib və ölkəsinin bütün müdaxilələrə cavab verəcəyini deyib: “ABŞ-ın təhdidi Suriyanın prinsiplərini dəyişdirməsinə və terrorçuluğa qarşı mübarizəni dayandırmasına səbəb olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR