Lənkəranda 60 yaşlı qadını qətlə yetirən şəxs tutulub

Lənkəranda 60 yaşlı qadını qətlə yetirən şəxs tutulub
# 29 mart 2014 11:05 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Lənkəranda 8 gün öncə qətl hadisəsi törədən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 21-də Lənkəran şəhər sakini Surayə Tağıyevanı qətlə yetirən şəhər sakini Samid Hüseynov saxlanılıb. Ondan AKM markalı silah və 7 ədəd patron götürülüb.

Qeyd edək ki, maskalı şəxs 60 yaşlı şəhər sakini Sürəyya Tağı qızı Tağıyevanın Şəhidlər Xiyabanı-5 ünvanında yerləşən mənzilində odlu silahdan atəş açmaqla onu baldır nahiyəsindən yaralayıb. Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş zərərçəkmişin həyatını xilas etmək mümkün olmayıb. Çoxlu qan itirən S. Tağıyeva orada dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR