Mustafa Dənizli səhhətində yaranan problemə görə Türkiyəyə qayıdıb

Mustafa Dənizli səhhətində yaranan problemə görə Türkiyəyə qayıdıb
# 03 fevral 2014 14:17 (UTC +04:00)

Bakı – APA. “Xəzər Lənkəran” klubunun türkiyəli baş məşqçisi Mustafa Dənizli ölkəmizi tərk edib. Apasport.az saytının məlumatına görə, fevralın 1-də “Qarabağ”la oyun ərəfəsində səhhətində problem yarandığı üçün xəstəxanaya yerləşdirilən 64 yaşlı mütəxəssis şəxsi həkiminin onun müayinə etməsi üçün İstanbula gedib.


Yüksək təzyiq səbəbi ilə Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilən Dənizli özünü yaxşı hiss etdiyi üçün evə buraxılmışdı. Lakin görünür, türkiyəli hər ehtimala qarşı uzun illər tanıdığı şəxsi həkiminin onu təkrar müayinə etməsini lazım bilib.

Böyük ehtimalla, fevralın 9-da Topaz Premyer Liqasının XX turu çərçivəsində keçiriləcək “Neftçi” ilə oyunda “Xəzər Lənkəran”ı meydana məhz Dənizli çıxardacaq.

Qeyd edək ki, III dövrənin açılış oyununda “Xəzər Lənkəran” “Qarabağ”la görüşə köməkçi-məşqçi Oğuz Çətinin rəhbərliyi altında çıxıb və 1:0 hesabı ilə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR