DSMF elektron xidmətlərinin sayını 19-a çatdırıb

DSMF elektron xidmətlərinin sayını 19-a çatdırıb
# 18 aprel 2014 09:00 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 19-a çatdırılıb.

APA-Economics”in məlumatına görə, bu barədə DSMF-nin Fərdi uçotun təşkili şöbəsinin müdiri Nigar Pənahova “Sığortaolunanın onlayn uçota alınması” adlı xidmətin təqdimatına həsr olunmuş brifinqdə deyib.

N. Pənahova bildirib ki, “Elektron hökumət” portalının statistikasına görə, DSMF-in təqdim etdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdir: “2014-cü ilin yanvar ayından indiyədək real vaxt rejimində onlayn şəkildə təqdim olunmuş elektron müraciət əsasında 10 200 fərdi şəxsi hesab açılaraq, sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib”.

Qeyd edək ki, elektron xidmətdə istifadə qaydaları fondun saytında yerləşdirilib. Elektron xidmətdən istifadə üçün sığortaedən həm DSMF-in saytında, həm də “Elektron hökumət” portalı vasitəsilə "Sığortaolunanın onlayn uçota alınması" elektron xidmətini seçə bilər. Xidmətdən istifadə pulsuzdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR