Etibar Məmmədov İspaniyanın baş naziri ilə görüşüb - FOTO

Etibar Məmmədov İspaniyanın baş naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 16 aprel 2014 11:45 (UTC +04:00)

Bakı - APA. AMİP lideri və Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavini Etibar Məmmədov BDİ-nin 9-11 aprel tarixlərində Madriddə keçirilən icraçı toplantısında iştirak edib.

AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, proqrama BDİ-nin Daimi Beynəlxalq Əlaqələr Komitəsinin toplantısı, təşkilat daxili hesabatlar və məlumatlar dinləndikdən, yeni üzvlüyə namizəd partiyaların təqdimatından sonra dünyada baş verən siyasi hadisələr ciddi müzakirə mövzusu olub.

Daha sonra Latın Amerikasında keçirilən seçkilər və siyasi vəziyyət, Gürcüstan və Ukraynada baş verən hadisələr ciddi müzakirə olunub.

Gündəlikdə olan təşkilatdaxili məsələlər Müzakirələrdən BDİ icraçı toplantısı adından aşağıdakı qətnamələr qəbul olunub:

İspaniyanın hakimiyyətdə olan Xalq Partiyasının ev sahibliyi ilə keçirilən toplantının gedişində AMİP lideri Etibar Məmmədov Moncloa sarayında İspaniyanın baş naziri Mariano Rajoy ilə görüşüb. Səfərdə Etibar Məmmədovu AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev müşayiət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR