Azərbaycanlı deputatlar Ukraynada təkrar parlament seçkilərini müşahidə edəcəklər

Azərbaycanlı deputatlar Ukraynada təkrar parlament seçkilərini müşahidə edəcəklər
# 11 dekabr 2013 13:48 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin deputatları Ukraynada keçiriləcək təkrar parlament seçkilərini müşahidə etmək üçün dekabrın 12-dən 16-dək Kiyev şəhərində səfərdə olacaqlar.

Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının, deputat Rüfət Quliyev isə GUAM Parlament Assambleyasının xətti ilə seçkiləri izləyəcək müşahidəçilər missiyasına qatılacaqlar.

Səfər zamanı deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, seçicilərin fəallığını müşahidə edəcək, prosesin gedişi ilə bağlı fikirlərini açıqlayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR