Azərbaycan dövlət başçısı Xorvatiyanın keçmiş prezidentini qəbul edib - FOTO

Azərbaycan dövlət başçısı Xorvatiyanın keçmiş prezidentini qəbul edib - <span style="color: red;">FOTO
# 30 oktyabr 2013 13:04 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 30-da Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiçi qəbul edib.

APA-nın məlumatına görə, S. Mesiç yenidən prezident seçilməsi münasibətilə İ. Əliyevi təbrik edib. O, son illər ölkələr arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini deyib.

Dövlət başçısı Azərbaycanla Xorvatiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayıb, Xorvatiyadan olan şirkətlərin Azərbaycandakı fəaliyyətinin əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumunun xalqlararası əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR